Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli nağıl” müsabiqəsinin qalibləri mükafatlandırıldı

23 dekabr 2015 | 11:00

23 dekabr 2015-ci il tarixdə 64 nömrəli tam orta məktəbin akt zalında Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon ümumtəhsil orta məktəblərinin ibtidai sinif şagirdləri arasında keçirilən “Milli Nağıl” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
         Müsabiqədə münsiflər heyəti tərəfindən ümumi xalları bərabər elan edilən 287 nömrəli “Zəkalar liseyi” və Humanitar fənlər təmayüllü məktəb-lisey birinci  yerə, 17, 98, 204 nömrəli tam orta məktəblər ikinci  yerə, 64, 171, 221 nömrəli tam orta məktəblər üçüncü yerə layiq görülmüşlər.
         Fəxri yerləri tutmuş məktəblər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər