Xətai rayonu bayram tədbiri keçirilib
25 dekabr 2015-ci il tarixdə “Dünya azərbaycanlılarının həmrəylik günü” və Yeni il münasibətilə Xətai rayonundakı Heydər Əliyev adına liseydə bayram şənliyi keçirildi.
Məktəb kollektivini və balacaları bayram münasibətilə təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Qafur Rəhmanov bildirdi ki, artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında isə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var.
Tədbirdə vurğulandı ki, yeni ili daha maraqlı qarşılamaq və bu günlərdə sakinlərin rahat istirahətini təmin etmək məqsədilə rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq bütün təhsil müəssiələrində yeni il şənliklərinin keçirilməsinə başlanılıb.
Çıxışlarda qeyd olundu ki, bu günün böyük təntənə ilə qeyd edilməsi dünyada yaşayan bütün soydaşlarımız üçün mənəvi ehtiyaca çevrilib. Tədbirdə liseyin şagirdlərinin hazırladıqları musiqi nömrələri, şerlər, bir- birindən gözəl rəqs ifaları, Şaxta baba və Qar qızın gəlişi alqışlarla qarşılanıb, balaclarda xoş ovqat yaradıb.