Xətai rayonunda Xəzər Televiziyasının yeni binasının açılışı olub.
30.12.2015-ci il tarixdə Xətai rayonunda Xəzər Televiziyasının yeni binasının açılışı olub. Açılış mərasimində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları, dövlət və hökumət qurumlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.
Binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra burada yaradılan şəraiti əks etdirən videoçarx nümayiş olunub.
Sonra mərasim iştirakçıları binadakı şəraitlə tanış olublar.
Açılış mərasimində çıxış edən Əli Həsənov əlamətdar hadisə münasibətilə kollektivi təbrik edərək vurğulayıb ki, müstəqil Azərbaycanda son 20 ildən artıq müddətdə baş verən bütün hadisələr, görülən işlər, reallaşdırılan tədbirlər, inşa olunan binalar, mədəniyyət və incəsənət abidələri, muzeylər, kinoteatrlar, məktəblər, mərkəzlər xalqımızın intellektinə, bu gününə və gələcəyinə xidmət etmək məqsədi daşıyan, müasir Azərbaycanın modern obrazını yaradan sənət əsərləridir.