XƏTAI RAYONUNDA HESABAT YIĞINCAQLARI DAVAM EDIR. 3 SAYLI SAHƏ INZIBATI ƏRAZI DAIRƏSININ IL ƏRZINDƏ GÖRDÜYÜ IŞLƏR MÜZAKIRƏ EDILIB
Bu gün Xətai Rayonunda İcra Hakimiyyəti başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirildi. Yığıncaqda məruzə ilə çıxış edən ərazi dairəsi üzrə nümayəndə Rizvan Əhədov bildirdi ki, Nümayəndəlik rayon İH Başçısının təsdiq etdiyi Əsasnaməyə və iş planına uyğun olaraq fəaliyyət göstərmişdir, ötən il inzibati ərazi dairəsində sakinlərin sosial-məişət qayğılarına xüsusi diqqətlə yanaşmağa çalışmış, problemlərinin operativ həllinə səylə yanaşmışdı.
Natiq bildirdi ki Nümayəndəlik inzibati ərazidə fəaliyyət göstərən dövlət qurumları, qeyri-hökumət təşkilatları, bələdiyyə, MKTB və onun tabeliyində olan MKİS-lər ilə qarşılıqlı fəaliyyət qurmuşdur. Nümayəndəliyin inzibati ərazisi 4,8 kv.km., əhalisi 62, 335 nəfərdir.
Xidməti ərazidə 135 çoxmərtəbəli yaşayış binası və 2300-dən artıq fərdi yaşayış evi vardır.
Qeyd edək ki, ərazidə MKTB-nin 7 MKİS-si, 4 Xüsusi təyinatlı MKİS-si, 2 Müdafiə Nazirliyinin MKİS-i, 10 kooperativ bina, 8 mənzil tikinti MMC və “Abşeron-Zeytun” MMC, ümummilli lider H. Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi məktəb, C. Naxçıvanskinin adına hərbi lisey, Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin “N” saylı hərbi hissələri, 8 (səkkiz) orta məktəb; 13 (on üç) körpələr evi uşaq bağçası; SOS uşaq kəndi; 2 (iki) poliklinika; 3 (üç) özəl (“Artomed”, “Medica plaza”, “Murad”) klinika və M.Ə.Sabir adına kitabxana fəaliyyət göstərir. konkret faktları sadalayaraq qeyd etdi ki, dövlət invenstisiya proqramına uyğun olaraq, əhalinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Artıq inzibati ərazidəki çoxmənzilli binaların və fərdi yaşayış evlərinin əksəriyyəti su ilə fasiləsiz təmin olunur.
Çıxış edənlər Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Əmək veteranı Kamil İsmayılov, “Artromed” tibb mərkəzinin baş həkimi Ellada Qardaşova, 263 saylı orta məktəbin direktoru Nəsimi Abbasov , “Abşeron Zeytun” MMC-nin direktoru Bəhruz Piriyev və başqaları il ərzində ərazidə, eləcə də rayonda aparılan abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Bütün bu işlərin dövlət başçısının insanlarımızın rifah halının yüksəldilməsinə ayırdığı diqqətin, təmir edilən, yeni tikilən təhsil, səhiyyə və mədəniyyət ocaqları , yaradılan yeni iş yerləri sosial-iqtisadi inkişafın bariz nümunəsidir. Sonra sakinlər tərəfindən qaldırılan bir sıra problemlər dinlənildi.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısının birinci müavini Rafiq Quliyev bildirdi ki, 2016-ci ildə Azərbaycanda həyata keçirilən siyasətin sosial xarakteri ölkədə sosial ədalət prinsiplərinin bərqərar olduğunu nümayiş etdirir. Güclü iqtisaiyyatın nəticəsini nümayiş etdirən sosial rifahın inkişaf dinamikası Xətai rayonunda da özünü parlaq şəkildə nümayiş etdirir. Bu gün sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrin hesabatlarından da aydın olur ki, rayonumda uzun illərdən bəri həllini tapa bilməyən bir çox sosial problemlər artıq tarixə, keçmişə çevrilir.
Rafiq Quliyev görülən işlərə münasibət bildirərək qeyd etdi ki, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrin ötən müddət ərzində fəaliyyətləri onların səmərəliliyini, işlərini günün tələbləri səviyyəsində qurduğunu göstərir. Ancaq bundan arxayınlaşmaq olmaz. Çünki qarşıda cox ciddi vəzifələr durur və onların həyata keçirilməsində, rayonun bütün qurumları kimi, onlar da çevik olmalı və təşəbbüskarlıq göstərməlidirlər.