XƏTAI RAYON İCRA HAKIMIYYƏTI BAŞÇISININ 4 NÖMRƏLI SAHƏ INZIBATI ƏRAZI DAIRƏ ÜZRƏ NÜMAYƏNDƏLIHESABAT VERDI
15.01.2015-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi.
Yığıncaqda 4 nömrəli inzibati ərazi dairəsi üzrə icra Hakimiyyəti başçısının nümayəndəsi Əülfət Piriyev hesabat məruzəsilə çıxış edərək bildirdi ki, nümayəndəliyin ərazisi Bakı şəhərinin Nəsimi, Nərimanov və Nizami rayonları ilə həmsərhəd olmaqla Babək prospekti, Xəzər dənizi və Zığ yolu arasındakı sahəni əhatə edir. (S=22,1 kv. km, ərazidə yaşayan əhalinin sayı 65 700 nəfərdir)
Nümayəndiliyin ərazisində rayon MKTB-nin 5 (2, 27, 66, 101, 110), idarə və müəssisələrə məxsus 1 (MN-nin 4saylı MKİS) və 5 xüsusi təyinatlı mənzil-kommunal istismar sahələri (70,118,133,143 və 159 saylı) xidmət göstərirlər. 2015-ci ildə rayonun ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri davam etmişdir. Belə ki, bu işlər çərçivəsində binaların fasadlarının üzlənməsi, eyvanların məhəccərlərinin dəyişdirilməsi, tikililərin işıqlandırılması, yeni yaşıllıqların salınması Y.Səfərov, A.Cəlilov kimi böyük küçələrin, Nobel, Babək və Xocalı prospektlərinin görkəmini tam dəyişmiş, bu ərazilər paytaxtın ən gözəl yerlərindən birinə çevrilmişdir. Hesabat dövründə nümayəndəlikdə ev təsərrüfatlarının uçotu kitabları ilə iş davam etdirilmiş, yaşayış binaları və fərdi evlərin sayı, texniki vəziyyəti, sakinlər barədə ətraflı məlumatlar toplanmışdır. 2015-ci il ərzində aparılan abadlaşma və yenidənqurma işlərinin həcmi xeyli artmış, Bakı Ağ Şəhər layihəsinin inşası sürətlə aparılmış, Nobel prospektində yeraltı keçidin və Xəqani Rüstəmov küçəsinin Babək prospekti ilə birləşdirilməsi məqsədi ilə yeni yolun tikintisi surətləndirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı sərəncamının icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə yaradılmış komissiya rayonun Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərini davam etdirmişdir.
Həmçinin qeyd olundu ki, xidməti ərazi üzrə yaşayış, , təhsil, səhiyyə, sosial təyinatlı müəssisələrinin və digər obyektlərin qaz, istilik, içməli su və elektrik enerjisi ilə normal təmin olunması üçün kommunal və xidmət sahələrinin işlərinə nəzarət olunmuş, prospekt, küçə və meydanların abadlaşdırılması, parkların, xiyabanların, məhəllədaxili abad həyətlərin salınması və ərazinin sanitar təmizliyinə əməl olunması üçün tədbirlər görülmüş, eyni zamanda vaxtaşırı iməcliklər keçirilmiş, ağac və gül kolları əkilmiş, yaşıllıqlar salınmış və ərazinin sanitar vəziyyəti daim nəzarətdə saxlanılmışdır.
Məlum olduğu kimi, 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisə Seçkilər keçirilmişdir. Parlament seçkilərinin uğurla həyata keçirilməsi üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq nümayəndəliyin üzərinə düşən vəzifələr layqincə yerinə yetirilmişdir. Belə ki, 36 saylı Xətai dördüncü Dairə Seçki Komissiyasının tabeliyində fəaliyyət göstərən 35 seçki məntəqəsinin ərazisində bütün texniki hazırlıq işləri vaxtında öz həllini tapmışdır. Dairə Seçki Komissiyası və Məntəqə Seçki Komissiyaları yerləşən obyektlərə gedən yollar asfaltlanmış, küçələr işıqlandırılmış, ətraf ərazidə təmizlik və abadlıq işləri aparılmışdır.
Hesabat məruzəsi ətrafında çıxışlardan sonra rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycanda, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf xətti 2015-ci ildə də davam etdirilərək, ölkənin sosial-iqtisadi tərəqqisində bir çox uğurlar əldə olunmuşdur. Nazirlər Kabinetinin bu ilin yanvarın 10-da keçirilən geniş iclasında Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “ilin əvvəlindən bu günə qədər Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir”. Eləcə də bildirmişdir son günlər dünyada və respublikada qiymətartımı və devalvasiya ilə əlaqədar dövlət başçısın tərəfindən qoyulan tapşırıqların təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.
Sonra Razim Məmmədov hesabat ilində rayonda görülən işlərdən danışaraq bildirmişdir ki, Xətai rayonunun da iqtisadi göstəricilər yüksək olmuşdur. İqtisadi sahədə baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər təhlil edilərkən müəyyən olunmuşdur ki, rayonda məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafı təmin olunmuş, onlara mütənasib olaraq sosial məsələlər uğurla həll edilmişdir. Sonra icra başçısı görülən işlərə münasibət bildirərək qeyd etdi ki, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin fəaliyyətlərinin iki yaşı olsa da onlar özlərini yaxşı tərəfdən göstərə bilmişlər. Amma bu az vaxtda qazanılan nailiyyətlər arxayınçılıq yaratmamalıdır.
R.Məmmədov yığıncağın yekununda bütün qüvvələri 2015-ci ildə qarşıya qoyulmuş vəzifələri uğurla başa vurmağa səfərbər etmək üçün rayonun müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.