Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAI RAYONUNDA 20 YANVAR FACIƏSININ 26-CI IL DÖNÜMÜ ILƏ ƏLAQƏDAR TƏDBIR KEÇIRILDI

15 yanvar 2016 | 11:00

Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar.
        24 saylı orta məktəbdə keçirilən anim tədbirində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva  şagirdlərə faciənin tarixi barədə məlumat verdi. Bildirdi ki, bir tərəfdən kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya, xalqımızın qəhrəmanlıgın, azadlıq ugrunda mübarizliyinin şahidi olub. Qeyd olundu ki, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiyməti yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub.Digər çıxışçılarda qeyd ediblər ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu. Həmin günlərdə  xalqımız müstəqillik iradəsinin sarsılmazlığını dünyaya bir daha nümayiş etdirdi. Sonra məktəblilərin ifasında 20 Yanvar faciəsindən bəhs edən səhnəciklər nümayiş edildi.
        Sonda faciəyə həsr edilmiş film nümayiş olundu.

Keçidlər