Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar faciəsinin ildönümü ilə əlaqədar şəhid ailələri ilə görüş keçiriıdi.

18 yanvar 2016 | 11:00

Müstəqillik tariximizə şərəfli  bir gün kimi yazılan 20 Yanvar faciəsinin 26-ci il dönümü ilə əlaqədar Xətai rayon icra hakimiyyətində şəhid ailələri və əlillərlə görüş keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.  20 Yanvar hadisələrinə siyasi-hüquqi qiyməti isə yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub. Faciədə şəhid olanların ailə üzvlərinin və əlil olanların sosial müdafiəsi gücləndirilib. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə o da qeyd olundu ki, hazırda rayon ərazisində 10 şəhid ailəsi,  20 əlil yaşayır. Onların dövlət qaygısı ilə əhatə olunması daim diqqətdə saxlanılır, ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə baglı konkret tədbirlər həyata keçirilir.
Faciənin ildönümü ərəfəsində rayondakı muzey və sərgi salonlarında foto sərgilər təşkil olunub, orta məktəblərin foyelərində “Qanlı Yanvar” faciəsinin   ildönümü ilə əlaqədar foto stendlər düzəldilib.
Çıxış edən şəhid ailələrinin üzvləri  isə onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına  minnətdarlıq etdilər.

Keçidlər