XƏTAI RAYON İCRA HAKIMIYYƏTININ ƏHMƏDLI QƏSƏBƏ INZIBATI ƏRAZI DAIRƏSI ÜZRƏ NÜMAYƏNDƏLIYININ 2015-CI ILIN SOSIAL-IQTISADI INKIŞAFININ YEKUNLARI ILƏ ƏLAQƏDAR HESABAT YIĞINCAĞI KEÇIRILMIŞDIR
Bu gün Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib. Qəsəbə üzrə icra nümayəndəsi Mehman Allahverdiyev yığıncaqda məruzə il çıxış edərək bildirib ki, sürətlə inkişaf edən Bakının Xətai rayonunda son illərdə həyata keçirilən yenidənqurma və abadlaşdırma işlərinin bir ünvanı da Əhmədli qəsəbəsidir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəsəbəmizdə yerləşən 22 saylı birləşmiş şəhər xəstəxana-poliklinika binasının və 1saylı çörək zavodunun açılışında iştirak etməsi, həmçinin 5 saylı Bakı Peşə Liseyində aparılan yenidənqurma və əsaslı təmir işlərinin vəziyyəti ilə şəxsən tanış olması qəsəbəmizin sakinləri üçün ötən ilin ən əlamətdar hadisələrindəndir.
Natiq konkret faktlara toxunaraq bildirib ki, “dövlət Proqramı”na uyğun olaraq ötən il qəsəbənin qaz və elektrik enerjisı ilə təchizatı yaxşılaşdırılmış, ərazidə orta təzyiqli yeni qaz xətləri çəkilmiş, qazpaylayıcı qutular quraşdırılmış, abonentlərin mexaniki sayğacları “smart-kart” tipli sayğaclarla əvəz edilmişdir. Son illərdə qəsəbədaxili yollarda və küçələrdə 100 min kvadratmetr asfalt örtüyü vurulmuşdur. 2015-ci ildə ərazidə olan R.Quliyev, R.Məmmədov, Aşıq Ələsgər küçələrinin asfalt örtüyü yenilənmiş, uzunluğu 5,5 kilomtr olan bu yolda yüksək standartlara uyğun əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmiş, 130 min kvadratmetr yola yeni asfalt örtüyü döşənib.
Qəsəbə inzibati ərazi nümayəndəsi qeyd etdi ki, dövlət başçısının tapşırığına əsasən 15 mindən çox sakinin yaşadığı Əhmədli qəsəbəsindən 6673 nəfər tibbi müayinədən keçmişdir. Qəsəbədəki aztəminatlı ailələrin sosial-məişət problemlərinin həllinə daim diqqət göstərilmiş və onların böyük bir qisminə vaxtaşırı maddi yardım göstərilib.
Məruzənin sonunda qeyd edilib ki, Əhmədli qəsəbəsi Xətai rayonunun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxlamış, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunmuş, əmək ehtiyatlarından istifadəyə diqqət artırılmış, vakant iş yerləri haqqında məlumatlar toplanmışdır. Həmçinin son aylarda ölkədə milli valyutanın devalvasiyası ilə bağlı ərazidəki istehlak bazarında süni qiymət artımına, mal qıtlığı və digər sui-istifadə hallarına qarşı mübarizə məqsədilə marketlərdə, ərzaq maqazalarında aidiyyatı qurumlarala monitorinqlər keçirilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağına yekun vuraraq bildirib ki, dünya maliyyə-iqtisadi böhranının təsirləri ölkəmizdən də yan keçməyib:
"Lakin ötən illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində, dünya maliyyə-iqtisadi böhranı, başqa ölkələrdən fərqli olaraq, bizim ölkənin sosial-iqtisadi həyatına elə ciddi təsir göstərə bilməyib".
Daha sonra icra başçısı Prezidentin tapşırığı ilə qəsəbədə tikilən xəstəxana – poliklinika binasının istifadəyə verilməsi, qəsəbədaxili yollara asfalt döşənməsi, qaz xətlərinin əsaslı yenidənqurması, küçələrin işıqlandırılması, əhalinin qaz, su və elektrik enerjisi ilə təmin olunmasında fasilələrin tam aradan qaldırılması, məktəblərin tam əsaslı təmiri həqiqətən Əhmədlinin simasını kökündən dəyişdiyini də qeyd edib. Razim Məmmədov yığıncağın yekununda bütün qüvvələri 2015-ci ildə qarşıya qoyulmuş vəzifələri uğurla başa vurmağa səfərbər etmək üçün rayonun müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.