Şriftin ölçüsü :

Saytın rəngi :

269 saylı tam orta məktəbin komandası II yeri tutmuşdur.

05 fevral 2016 | 11:00

3 fevral 2016-cı il tarixdə Respublika Şahmat Mərkəzində Bakı  Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil  İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil  olan şahmat növü üzrə yarışın final mərhələsi keçirilmişdir.
Yarışda 11 rayon komandası tərkibində 66 nəfər  iştirak etmişdir.
Yarışın nəticəsinə görə Xətai rayonunu təmsil edən 269 saylı tam orta məktəbin komandası II yeri tutmuşdur.
Yarışda fəxri yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və
Medallarla təltif olunmuşlar.

Keçidlər