Xətai rayonunda əhalinin tibbi müayinədən keçirilməsinə start verildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi tapşırığına əsasən bütün respublika ərazisində olduğu kimi Xətai rayonunda da 15 fevral 2016-cı il tarixdən tibbi müayinə aylığına start verilmişdir.
Aksiya çərçivəsində Xətai rayonunda yaşayan vətəndaşlar tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçəcək, ehtiyacı olanlara ambulator və stasionar müalicə xidməti göstəriləcəkdir.
İşlərin yüksək səviyyədə aparılması məqsədilə Xətai rayon icra hakimiyyəti tərəfindən komissiya da yaradılıb. Yaradılan işçi qrupu əhalinin bu vacib kampaniyaya mütəşəkkil cəlb edilməsi üçün müvafiq təbliğat işləri aparırlar.
Prezidenti İlham Əliyevin tapşırığına əsasən rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təhciz edilib. Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə zəmin yaradır.
Aksiya may ayının 2-də davam edəcəkdir.