Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlara qarşı zorakılıqla mübarizə” mövzusunda tədbir

15 dekabr 2012 | 11:00

Xətai rayon İcra Hakimiyyəti və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi ilə birgə, 14 dekabr 2012-ci il tarixində Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə proqramı” çərçivəsində tədbir keçirilmişdir.
Tədbiri Xətai rayon İcra Hakimiyyəti Başçısının I müavini Zaməddin Əkbərov açaraq Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlərin Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimləndiyini, 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun bu sahədə əsas normativ sənəd olduğunu, bu qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirdiyini bildirdi. Eyni zamanda 2009-cu ilin "Uşaq ili" elan olunduğunu, 2009-cu ildə Azərbaycan uşaqlarının I Forumunun keçirildiyini bildirən Z.Əkbərov ölkə rəhbərliyinin səyləri nəticəsində uşaqlara diqqət və qayğının günbəgün artdığını vurğulamış, Xətai rayonunda bu sahədə aparılmış maarifləndirmə işləri barədə ətraflı məlumat vermişdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurasının "Uşaqlara qarşı zorakılıq proqramı"nın Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva tədbirdə çıxış edərək bildirdi ki, uşaq hüquqları, uşaqlara qarşı zorakılıq məsələsi həmişə Azərbaycanda diqqət mərkəzində saxlanılır, uşaq hüquqlarının qorunması, uşaqlara qarşı zorakılıq hallarının azaldılması istiqamətində böyük işlər görülür. Məhz bunun nəticəsidir ki, Avropa Şurasının dəstəyi ilə Azərbaycanda belə bir proqram reallaşdırılır. Sevinc Fətəliyeva bildirdi ki, Avropa Şurasının bu kampaniyası ölkəmizdə uğurla davam etdirilir və bu sahədə xeyli işlər görülmüş, Milli Məclis tərəfindən lazımi qanunvericilik bazası yaradılmışdır. “Biz zorakılığa yox deyirik” adlı sosial reklam çarxı hazırlanmış, vaildeyin və uşaqların istifadəsi üçün müxtəlif broşurlar dərc olunmuşdur.
Rayon üzrə bütün ümümtəhsil məktəblərinin psixoloqlarının iştirakı ilə baş tutmuş tədbirdə daha sonra uşaqlarla işin təşkili, zorakılığın əlamətləri və nəticələri , zorakılığa məruz qalmış uşaqlarla psixoloji işin təşkili, uşaqlara hüquqlarının öyrədilməsi və s. mövzularda “Sosial və Psixoloji Tətqiqatlar Mərkəzi”nin psixoloqu Aynur Bəbirovanın psixoloqlarla seminarı ilə davam etdirilmişdir.Seminar zamanı hər bir psixoloqun üzərinə düşən vəzifələrdən danışılmış, problemlərin aradan qaldırılması yolları araşdırılmışdır.
 

Keçidlər