Şriftin ölçüsü :

Saytın rəngi :

“Voleybol” idman növü üzrə yarış keçirilmişdir

13 fevral 2016 | 11:00

Xətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 08-13 fevral 2016-ci il tarixlərdə 138 və 204  №li tam orta məktəblərin idman zalında rayon məktəblilərinin XXVIII Spartakiadasının proqramına daxil olan oğlanlar arasında “Voleybol” idman növü üzrə yarış keçirilmişdir. Dairəvi sistem üzrə keçirilən  yarışda rayonun 16 məktəb komandasından 192 nəfər məktəbli iştirak etmişdir.
Yarışda  birinci  yeri 138 №li tam orta məktəbin, ikinci  yeri Humanitar Fənlər Təmayüllü Liseyin, üçüncü yeri 269 №li tam orta məktəbin komandaları tutmuşlar.Fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.    
Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası aprel ayında Bakı şəhər məktəblilərinin XXVIII Spartakiadasının “Voleybol” idman növü üzrə keçiriləcək yarışına vəsiqə qazanmışdır.

Keçidlər