“Beynəlxalq Ana Dili Günü və multikulturalizm” mövzusunda tədbir keçirilib
Fevralın 18-də Xətai rayonundakı 56 saylı tam orta orta məktəbdə “Multikulturalizm ili” çərçivəsində “Beynəlxalq ana dili günü və multikulturalizm” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər fevralın 21-nin Beynəlxalq ana dili günü kimi qeyd olunmasının tarixindən danışıb, dilimizin zənginləşdirilməsi və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıblar.
Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb. Ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunədir.
Sonra məktəbin şagirdləri Beynəlxalq ana dili gününə həsr olunan ədəbi-bədii kompozisiya göstəriblər.