Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda əhalinin müayinəsi davam edir

23 fevral 2016 | 11:00

Dövlət başçısının ölkə vətəndaşılarının pulsuz tibbi müayinədən keçirilməsi üçün  verdiyi tapşırıqlar Xətai rayonunda uğurla həyata keçirilir. Xətai rayon 38 saylı poliklinikada baş tutan növbəti aksiyada rayon sakinləri tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçdilər.
Əhalinin mütəşəkkil surətdə tibbi müyanidən keçməsi işin yüksək səviyyədə təşkilindən xəbər verirdi. İşlərin yüksək səviyyədə aparılması məqsədilə Xətai rayon icra hakimiyyəti tərəfindən komissiya da yaradılıb. Yaradılan işçi qrupu əhalinin bu vacib kampaniyaya mütəşəkkil cəlb edilməsi üçün müvafiq təbliğat işləri aparır. 277 min 330 nəfər əhalisi olan rayonun artıq 5681 nəfəri müayinədən keçib .
  Əsalı səbəblərdən müayinəyə gələ bilməyən vətandaşların yaşadıqları evlərə isə yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları göndərilib. Dövlət başçısının əhalinin sağlamlığının qorunması məqsədilə tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri tərəfindən də razılıqla qarşılanır.
Əhalinin tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam edəcək.

Keçidlər