Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir

24 fevral 2016 | 11:00

Xətai rayon icra hakimiyəti Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı silsilə tədbirlərini davam etdirir. Rayonun 245 saylı orta məktəbində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyəti başçısının müavini Jalə Abdıyeva faciənin tarixindən danışdı. Bildirdi ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.  Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər danılmazdır.
Çıxış edən rayon ziyalıları, faciənin şahidləri vurğuladılar ki, 20-ci
əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunan inşa yazı və şer musabiqəsində qalib gələn bir qrup şagirdə fəxri fərmanlar təqdim edildi. Sonda şagirdlərin ifasında ədəbi-bədii kompazisiya nümayiş olundu.

Keçidlər