63 saylı tam orta məktəbdə Vətən Müharibəsi şəhidi Əliyev Fizuli Vidadi oğlunun anım günü qeyd olunub
28 noyabr 2022 | 11:49
28 noyabr 2022-ci ildə Xətai rayonu 63 saylı tam orta məktəbdə Vətən Müharibəsi şəhidi Əliyev Fizuli Vidad oğlunun anım günü münasibətilə tədbir keçirilib.
Şəhidin xatirə lövhəsinin qarşısında keçirilən tədbirdə şəhidin qəhrəmanlığından söhbət açılıb. Qeyd olunub ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Daha sonra şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər söylənilib.