Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu Y.Yusifov adına 265 №-li məktəbdə “Dolu” filminə baxış keçirilmişdir.

15 dekabr 2012 | 11:00

Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət, ordu quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Bu sahədə məqsədəuyğun müvəffəqiyyət əldə etmək üçün Xətai rayonunun ümumtəhsil müəssisələrində də daim təbliğat işləri aparılır. 14 dekabr 2012-ci il tarixdə Xətai rayonu Y.Yusifov adına 265 №-li məktəbdə təşkil olunmuş tədbir də bu qəbildən olan tədbirlər sırasındadır.
Tədbirdə millət vəkilləri, yazıçıları Aqil Abbas , Xətai rayon YAP təşkilatının sədri Hüseynbala Mirələmov, “Dolu” filminin yaradıcı heyəti, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Məmmədov, Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi Fəttah Quliyev və digər qonaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Qurbanova tədbir iştirakçılarını salamlamış, Qarabağ torpaqları uğrunda gedən döyüşlərə həsr edilmiş belə filmlərin şagirdlərimizin milli ruhda böyüməsində, onlarda vətənpərvərlik hissinin daha da güclənib, inkişaf etməsində böyük rol oynadığını qeyd etmişdir. Çünki, Qarabağ müharibəsi bizim hələ də qanayan yaramız olaraq qalır və bu problemin həllində bizim hər birimizin üzərinə böyük məsuliyyət düşür. Biz arzu edirik ki, hər bir azərbaycanlının ağrılı yeri olan Qarabağ problemi tezliklə sülhsevər Prizedentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında öz həllini tapsın və qələbəmizlə yekunlaşan Qarabağ müharibəsi haqqında məlumatları tarixdən, dərsliklərdən şagirdlərimizə qürur hissi ilə çatdıraq.
Millət vəkili, yazıçı, filmin ssenari müəllifi Aqil Abbas pedaqoji kollektivi, valideynləri, qonaqları salamladı. Məktəbin hər bir şagirdin vətənpərvər şəxsiyyət kimi formalaşmasında böyük rol oynadığını vurğuladı. Aqil müəllim tədbirə qatıldıqları üçün qonaqlara, xüsusilə öz həmkarı, millət vəkili Hüseynbala Mirələmova və Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirdi. Sonra isə hamını filmə tamaşa etməyə dəvət etdi.
Filmin nümayişi zamanı zaldakı şagirdlər, tədbir iştirakçıları filmdə cərəyan edən hadisələrin gedişatını böyük maraqla və həyəcanla izləyirdilər.
Filmə baxışdan sonra millət vəkili, yazıçı Hüseynbala Mirələmov bu gözəl filmə görə filmin ssenari müəllifi Aqil Abbasa dərin təşəkkürünü bildirdi, yaradıcılıq uğurları arzuladı. Eyni zamanda filmin yaradıcı heyətinə də çəkdikləri bu filmlə zamanın nəbzini tutduqlarını söylədi. Hüseynbala Mirələmov bu filmdə baş rolda çəkilən Məmmədsəfanın yaratdığı komandir obrazının öhdəsindən müvəffəqiyyətlə gəldiyini, bu obrazın insanda mübarizlik və döyüşkənlik ruhunu daha da gücləndirib, gələcək nəslin bu torpaqları tezliklə azad etməyə səslədiyini bildirdi. Vurğuladı ki, “Dolu” filmi müharibə mövzusunda çəkilən ən yaxşı mövzulardan biri kimi tarixdə qalacaq. Film bütün tədbir iştirakçılarında kədər yaşatmasına baxmayaraq hamı tədbirdən böyük təəssüratla ayrıldı.
 

Keçidlər