Şriftin ölçüsü :

Saytın rəngi :

5 mart – bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir keçirilmişdir

03 mart 2016 | 11:00

Xətai rayon İcra Hakimiyyəti,  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3 mart 2016-cı il tarixdə 269 nömrəli tam orta məktəbdə Xətai rayon məktəblilərinin XXVII Spartakiadasının ümumi nəticələrinə və “5 mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Xətai rayon İcra hakimiyyəti başçısının müavini Jalə Abdiyeva çıxış edərək Azərbaycanın dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olmasından, dünyada nüfuzlu idman ölkəsi kimi tanınmasından və Xətai rayonunun ölkəmizin idman həyatında fəal iştirakından söhbət açdılar.
Daha sonra əyləncəli-bədii hissəciklər nümayiş etdirildi.
Sonda Xətai rayon məktəblilərinin XXVII Spartakiadasında fəxri yerləri tutmuş və fəal iştirak etmiş məktəblər  rayon Gənclər və İdman İdarəsinin fəxri fərman və kubokları ilə mükafatlandırılmışlar.

Keçidlər