8 Mart Beynəlxaql qadınlar günü münasibətilə tədbir keçirilib
8 Mart Beynəlxaql qadınlar günü münasibətilə Xətai rayon icra hakimiyyəti və YAP-nın Xətai rayon təşkilatının Qadınlar Şurası birgə tədbir keçirib.
Tədbirdə çıxış edən YAP Qadınlar şurasının sədri Aygün Əhmədli bu münasibətlə Azərbaycan qadınlarını təbrik edərək bildirdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə qadın siyasəti məsəllərinə daim diqqət yetirib.
Bu gün də Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar.
Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva isə dedi ki, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyub. Ulu öndərin ən böyük xidmətlərindən biri də odur ki, o, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Azərbaycanda Dövlət Qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır.
Çıxış edənlər qeyd etdilər ki, qadın hüquqlarının təmin edilməsi sahəsində
möhkəm hüquqi baza mövcuddur. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil
artır. Bu gün Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir,
mötəbər kürsülərdən çıxış edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ölkəmizin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti Azərbaycan qadınının nə qədər fəal və böyük uğurla fəaliyyət
göstərməsinə bariz nümunədir.
Sonda bir qrup qadına Fəxri Fərmanlar verildi və məktəblilərin ifasında ədəbi- bədii kampazisiya nümayiş olundu.