Şriftin ölçüsü :

Saytın rəngi :

257 saylı tam orta məktəbdə sakinlər ilə görüş keçirildi

04 mart 2016 | 11:00

4 mart 2016-cı ildə  257 saylı tam orta məktəbin akt zalında sakinlər  ilə səyyar görüş keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Sakinlər çıxış edərək rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmamazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Görüşdə əsasən mənzil, istilik, kommunal və işsizliklə bağlı şikayətlər dinlənildi. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həmçinin iş ilə bağlı olunan müraciətlərə cavab olaraq rayon ərazisində yeni açılan iş yerləri ilə bağlı ətraflı məlumatlar sakinlərin diqqətinə çatdırıldı.

Keçidlər