Rayon İcra Hakimiyyətinin başçısının növbəti qəbulu keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısının 07.03.2016-cı il tarixdə keçirilən qəbulunda 26 nəfər rayon sakini iştirak etmişdir.
Qəbulda vətəndaşlar tərəfindən əsasən, sosial və kommunal məsələrin həlli ilə yanaşı istiliyin verilməsi, yaşayış binalarının zirzəmilərində su yığılması, Qəzalı vəziyyətdə olan binalardan sakinlərin köçürülməsi ilə əlaqədar, eləcə də mənzil və işsizliklə bağlı məsələlər dinlənildi.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verdi. Qəbulda iştirak edən İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, və digər məsul şəxslərə bir daha vətəndaşların şikayətlərinə hassaslığla yanaşmağı, müraciətlərə oprtativ reaksiya verməyi və vaxtında tədbirlər görməyi tapşırdı.