Xətai rayon İcra Hakimiyyəti Başçısı İtaliyadan olan qonaqları qəbul edib.
İtaliya ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Bu münasibətləri daha da inkişaf etdirmək üçün kifayət qədər imkanlar var. Bu fikirləri ölkəmizdə səfərdə olan Neapol Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqlia Xətai rayon icra hakimiyyətində keçirdiyi görüşdə deyib.
Bakı şəhəri hazırda 12 rayonu əhatə edir. Neapol küçəsi və dairəsi isə Paytaxtın Xətai rayonunda yerləşir. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov Neapol Bakı Assosiasiyasının nümayəndələri ilə keçirdiyi görüşdə dedi ki, bu cür qarşılıqlı səfərlərin təşkil olunması iki ölkə arasındaki yüksək əlaqələrin nəticəsidir. Qeyd olundu ki, Xətai rayonu əhalisinin sayına görə paytaxtın ən böyük rayonu hesab olunur. Burada bir sıra iri sənaye müəssisələri, elmi tədqiqat və layihə institutları fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq rayon ərazisində genişmiqyaslı abadlıq quruculuq işləri həyata keçirilir.İtaliyanın Neapol şəhərinin adını daşıyan dairə və küçədə də əsaslı bərpa və yenidən qurma işləri görülüb. Xətai rayonu Türkiyənin Tartus şəhəri, Belarusun paytaxtı Minsk şəhərinin Leninski rayonu ilə qardaşlaşmış şəhərlərdir.Yaponiyanın bir sıra şəhərləri ilə bu istiqamətdə niyyət protookolu imzalanıb. Rayon icra hakimiyyətinin başçısı həmçinin Ermənistnaın işğalçı siyasətinin nəticəsində 20 faiz torpaqlarımızın işğal edildiyini və bir milyondan çox insan öz yur-yuvalarından didərgin düşdüyünü diqətə çatdırdı. Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqlia isə Ölkələrimiz arasında mövcud münasibətlərin yüksək səviyyəsindən, Bakıda gördüyü qonaqpərvərlikdən danışdı. Əlavə etdi ki, Neapolla-Bakı 1972 –ci ildən qardaşlaşıb. Həmin vaxtdan Azərbaycan sürətlə inkişaf edib. Beynəxaql layihələrə qatılıb. Qonaq həmçinin səfərin məqsədindən də danışdı.