Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda yaşıllaşdırma marafonu çərçivəsində ağacəkmə aksiyası keçirilib. Novruz bayramı çərçivəsində keç­irilən aksiyada rayon sakinləri də iştirak edib

12 mart 2016 | 11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxş­ılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai  rayonunda da davamlı xarakter alıb. Rayon­ İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keç­irilən silsilə tədbirlər çərçivəsində rayonun İnqilab İsmayılov küçəsində yerləş­ən Zeytunluq adlanan ərazisində yerləşən­ 15 hektarlıq yaşıllıq zolağında daha bir ağacəkmə kampaniyası keçirildi. Paytaxt Bakının ekoloji mühitinin yaxşılaşdırı­lması və şəhərin daha da gözəlləşdirilmə­sinə xidmət edən yaşıllaşdırma kampaniyasında Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkilləri H. Mirələmov, ­F. Muradov,  rayonun idarə və təşkilatları, könüllülə­r, fəal gənclər, ümumilikdə 500-dən çox ­insaniştirak etdi. Novruz bayramı ərəfə­sində yüksək fəallıq və bayram əhval-ruhiyyəsi ilə keçən yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlə­ndi, mövcud yaşıllıqlar sulandı, ərazidə­ ağac, gül və bəzək kolları əkildi. Budə­fəki aksiyada müxtəlif ölkələrdən gətirilən tinglər, həmçinin çinar, zeytun, küknar, şam, söyüd ümumilikdə 800-ə yaxın ağac və dekorativ kol əkildi. Akasiya iştirakçılarını bayram münasibətilə təbrik ­edən rayon icra hakimiyyətinin başçısı bildirdi ki, “ümumrespublika yaşıllaşdırma marafonu” Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılıb. Rayonda ekoloji­ tarazlığın bərpası, ətraf mühitin təhlü­kəsizliyi və insanların sağlamlığının qo­runmasında mühüm rol oynayan yaşıllaşdırma aksiyalarında bundan sonra da ağac, gül və bəzək kollarının əkilməsi nəzərdə ­tutulur. Xətai rayonunda keçirilən növbə­ti aksiya isə əsl Novruz ovqatına köklən­ib, ağacəkmə kampaniyasının iştirakçıları uçün bayram süfrəsi açılıb, musiqiçilə­r, incəsənət adamları, aşıqlar musiqi nö­mrələri ifa etdilər.

Keçidlər