Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu ərazisində Bayram yarmarkaları təşkil olunub

12 mart 2016 | 11:00

Hər il olduğu kimi bu il də xalğımızın Milli bayramı olan Novruz bayramı ilə əlaqədar martin 12-də Xətai rayonunda, M.Rüstəmov küçəsində sökülüb quraşdırılan xüsusi  çadırda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmub. Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan   müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
      Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb etmişdir. Bayram yarmarkasının yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
Yarmarka 8 gün müddətində davam edəcək.

Keçidlər