Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin “Multikuturalizm ili” elan etməsi ilə əlaqədar olaraq, 12.03.2016-də Xətai rayonu 245 Nli tam orta məktəbdə “Multikuturalizm sözdə və əməldə” adı altında tədbir keçirilmişdir.

14 mart 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin “Multikuturalizm ili”  elan etməsi ilə əlaqədar  olaraq, 12.03.2016-də  Xətai rayonu 245 Nli tam orta məktəbdə “Multikuturalizm sözdə və əməldə” adı altında tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycanda yaşayan xalqlara olan münasibət,  onların öz dinlərini, adət və ənənlərini qorunub saxlanması,  xalqların mətbəxinin və adətlərinin azərbaycan xalqının adətlərinə mətbəxinə inteqrasiyasından söhbət açılmışdır.
Bununla yanaşı tədbirdə  azərbaycan, rus, yapon, ingilis və hind xalqlarının çay mərasimləri nümayiş etdirilmişdir.  Həmin  xalqlara aid dövlət atributları, milli sərvətlərini əks etdirəm posterlər nümayiş olunmuş,   rəqs və mahnılar səslənmişdir.
Tədbirin hazırlanmasında müəllimlərdən Həsənova Sevinc, Pextireva İrina, Eyvazova Könül, Ağayeva Məlahət, Məmmədzadə Larisa, Məmişova Könül və məktəbin valideyn icmasının üzvləri iştirak etmişdilər.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı  Ayumi Mitsuhaşi və Bakı Dövlət Universitetinin müəllimi Sudo Nobuxiro, Azərbaycandakı  Rus İcmasının sədri MM deputatı Mixail Zabelin,  Xətai rayonunda fəaliyyət göstərən Rusiya  informasiya mərkəzinin müdiri Manafova Qalina, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd İbrahimov  iştirak etmişdir. Tədbirin sonunda  məktəbin direktoru Ü.İsmayılova gələn qonaqları salamlayaraq, tədbir haqqında  təəsüratlarını  bölüşmək üçün onlara  söz vermişdir.

 

Keçidlər