XƏTAI RAYONU 116 SAYLI ORTA MƏKTƏBDƏ “AZƏRBAYCANIN MILLI MƏNƏVI DƏYƏRLƏRIN QORUNMASINDA MEHRIBAN ƏLIYEVANIN MÜSTƏSNA ROLU” MÖVZUSUNDA TƏDBIR KEÇIRILIB.
Rayon icra hakimiyyətinin və Heydər Əliyev Fondunun birgə təşəbbüşü ilə keçirilən tədbirdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xidmətlərindən danışılıb.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın həyat və fəailiyyətindən bəhs edən foto şəkillərə baxdılar. Məktəblilərin xalq çalğı alətlərində ifaları dinlənildi. Sonra birinci xanımın Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı sahəsində gördüyü işlər, onun ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı məruzə dinlənildi.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva bu gün ölkəmizin təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan danışdı. Dedi ki, təhsilin inkişafı istiqamətində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri var. Xətai rayon icra haimiyyəti başçısının müavini Jalə Abdıyeva isə bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva özünün həm ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. Onun istər ölkə daxilində istərsədə xarici ölkələrdə Azərbaycanın milli mənəvi dəyərlərin qorunması və dünya içtimaiyyətinə çatdırılması istiqmətində gördüyü işlər danılmazdır.
Çıxış edən millət vəkilləri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və digər sahələrdə həyata keçirdiyi layihələrdən danışdılar. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində də Heydər Əliyev Fondu mühüm işlər həyata keçirir. Tədbirin sonunda məktəblilərin ifasında ədəbii bədii kampazisiya nümayiş olundu.