Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Xətai məktəbliləri Naxçıvan Muxtar Respublikasına yola düşdülər.

16 mart 2016 | 11:00

Məlum olduğu kimi ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə artıq bir neşə ildir ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublika məktəbliləri Azərbaycan Respublikamızın ərazisində maarifləndirici tur-aksiyalarda iştirak edirlər. Turun keçirilməsində əsas məqsəd ölkəmizin rayonları, tarixi abidələri, muzey və mərkəzlərini daha da yaxından tanımaqdır.
Bu ilki  tur aksiya xalqımızın qədim adət-ənənələrindən olan milli bayramımız Novruz bayramı ərəfəsinə təsadüf etdi. Bayram günləri  Bakı məktəbliləri, o cümlədən Xətai rayonundan 14 məktəbli Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasına  yola düşüb. Layihə  çərçivəsində şagirdlər 4 gün ərzində Naxçıvanın müxtəlif rayonlarında olacaq, tarixi yerləri gəzəcək, muxtar respublika ilə tanış olacaqlar.     
Yola salma mərasiminin iştirakçıları, Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, müəllimlər və valideynlər aksiyada iştirak edən məktəbliləri Naxçıvana yola salmaq üçün Xətai rayonunda yerləşən H.Əliyev adına parka toplaşdılar. Rayon rəhbərliyi və şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abinənin önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildirdilər.      Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.     
Çıxış edən müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar. Bildirdilər ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirtməklə yanaşı həm də Azərbaycanın qədim tarixi-memarlıq abidələri ilə tanış olub, Naxçıvanın görməli yerlərini gəzəcəklər.     
Sonra şagirdlər Heydər Əliyev hava limanına yola düşdülər. Hava limanında da təntənəli yolasalma mərasimi oldu.

 

Keçidlər