Şriftin ölçüsü :

Saytın rəngi :

Baş nazirin müavini Əli Əhmədov və Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Xətai rayonundakı yarmarkada olmuşlar

16 mart 2016 | 11:00

Martın 16-da Baş nazirin müavini Əli Əhmədov və Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Xətai rayonunda təşkil olunan kənd təsərrüfatı mallarının satış yarmarkasına baxış keçirmişlər.
Onlar satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə tanış olub, satıcıları və alıcıları dinləyiblər. Söhbət zamanı satıcılar onlara yaradılan şəraitə görə razılıqlarını bildiriblər. Şəhər sakinləri də yarmarkalardakı ərzaq məhsullarının qiymətlərinin onları qane etdiyini vurğulayıb, bu qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə ediblər.
Baş nazirin müavini yarmarkanın təşkilatçılarına öz tövsiyələrini verib. Qeyd edib ki, yarmarkaların təşkilində alıcıların da, satıcıların da maraqları nəzərə alınmalıdır.
Baş nazirin müavini bildirib ki, bu yarmarkaların fəalliyətinin genişləndirilməsi nəzərdə tutulub. “Çalışmalıyıq ki, insanlar aldıqları məvacibləri ilə öz ailələrinin maddi tələbatını ödəyə bilsinlər”, - deyə Əli Əhmədov bildirib.

Keçidlər