Şriftin ölçüsü :

Saytın rəngi :

86 saylı məktəbdə Novruz şənliyi

17 mart 2016 | 11:00

İlaxır çərşənbə və Novruz bayramı münasibətilə Xətai rayon təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
86 saylı orta məktəbdə baş tutan tədbirdə rayon icra hakimiyyətinin şöbə müdürü Kamran İsmayılov bildirdi ki, xalqımız qədim türk məişətini, əxlaqını, inancını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələdə Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var.
Təhsil ocağın direktoru Almaz Əzizova və digər çıxış edənlər isə əlavə etdilər ki, yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Sonra məktəblilərin ifasında rəngarəng musiqilər, şerlər, Keçəllə Kosanın oyunları nümayiş olundu.

Keçidlər