Xətai rayonunda narkomaniyayla bağlı tədbir keçirilib
18 mart 2016-cı il tarixdə Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 249 saylı orta məktəbdə narkomaniyayla bağlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Tədbirin keçirilməsində əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə marifləndirmə işinin artırılmasıdır.
Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyəti başçısının müavini Qafur Rəhmanov bildirdi ki, ölkədə narkotik vastələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları
qəbul olunub və həyata keçirilir. Bununla yanaşı respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəxaql əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirilir. Bu sahədə işlərin daha da gücləndiirlməsi məqsədilə rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq rayon bələdiyyəsi tərərfindən idarə, müəssisə, təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında bu istiqamətdə maarifləndirmə işləri aparılıb, bukletlər paylanılıb.
Çıxış edən Xətai rayon polis idarəsinin rəisi Muradəli Babayev, respublika narkoloji dispanserin nümayəndələri, Qicslə mübarizə mərkəzinin əməkdaşları, ekspertlər bildirdilər ki, ağ ölümlə mübarizədə
gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil
müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə də içtimaiyyətin rolu böyükdür. Bu baxımdan belə tədbilərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Tədbirin sonunda “Ağ ölümə yox deyək!” adlı film nümayiş olundu.