Xətai rayon icra hakimiyyətinin nümayəndələri 3 saylı uşaq evinin sakinləri ilə görüşüb
Novruz bayramı münasibətilə Xətai rayon icra hakimiyyətinin nümayəndələri rayondakı 3 saylı uşaq evinin Buzovna qəsəbəsində fəaliyyət göstərən yay istirahət düşərgəsinin sakinləri ilə görüşüb.
İnternat evinin sakinlərini bayram münasibətilə təbrikl edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirib ki, bayram ərəfəsində rayon icra hakimiyyətinin təşəbbüsü ilə müxtəlif orta məktəblərdə, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyin himayəsindən məhrum uşaqlar üçün şənliklər təşkil edilir. Vurğulandı ki, novruz bayramının dövlət səviyyəsində qeyd olunmas ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edildi ki, 21 mart tarixi BMT-nin müvafiq qərarı ilə “Beynəlxalq Novruz Günü” kimi elan olunub və UNESCO tərəfindən dünya mədəni irs nümunələri siyahısına daxil edilib.
Sonra internat evinin sakinlərinin ifasında bir-birindən gözəl rəqs nümunələri, şerlər, musiqilər, novruz adət- ənənələrindən bəhs edən
səhnəciklər nümayiş olundu.
Görüşün sonunda internat evinin sakinlərinə hədiyyələr paylanıldı.