Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiya çərçivəsində Bakı məktəbliləri Naxçıvanın tarixi yerləri, qədim abidələri ilə tanış olmuşlar

18 mart 2016 | 11:00

Xətai rayonunun da yuxarı sinif şagirdlərinin daxil olduğu Bakı məktəblilərinin “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiya çərçivəsində Azərbaycanın qədim yurdu Naxçıvana səyahəti uğurla davam edir. Gül-çiçəklə, bayram əhval-ruhiyyəsi ilə qarşılanan paytaxt məktəbliləri birinci gün Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyində olmuşlar. Sonra  “Xan Sarayı” Dövlət Tarix-Memarlıq muzeyi, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvan” Universiteti, Naxçıvan Biznes Mərkəzi və Xalq yaradıcılığı emalatxanası ilə tanış olmuşlar. Növbəti gün Ordubad şəhər 3 nömrəli tam orta məktəbi, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyləri, eləcə də  Şahbuz rayonunda Şahbuz şəhər 2 nömrəli tam orta məktəbi, “Farma-Şah” MMC, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası, Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq şagirdlərdə xoş təsürat yaratmışdır.

 

Keçidlər