Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAI MƏKTƏBLILƏRI “ÖLKƏMIZI TANIYAQ” TURAKSIYASI ÇƏRÇIVƏSINDƏ NAXÇIVANA YOLA DÜŞDÜ. AKSIYANIN IKINCI MƏRHƏLƏSI BAŞLADI.

24 mart 2016 | 11:00

Xətai rayonunda Heydər Əliyev Parkında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən maarifləndirici turaksiyanın ikinci mərhələsi başlayıb. Bu məqsədlə təşkil olunan yolasalma mərasimində Xətai rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov, millət vəkili Hüseyinbala Mirələmov. Rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.  Razim Məmmədov dövlət başçısının məktəblilərə gğstərdiyi qayğıdan, möhtərəm Prezidentin tapşırığı ilə həyata keçirilən bu tədbirin əhəmiyyətindən danışdı. Hüseyinbala Mirələmov bildirdi ki, gənclərə göstərilən bu diqqət və qayğı onların həyatında əhəmiyyətli iz buraxacaq, yaddaşlarında həkk olunacaq.
Turaksiya çərçivəsində şagirdlər Heydər Əliyevin abidəsini ziyarət, Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olacaq, “Naxçıvan” Universiteti, Naxçıvan Biznes Mərkəzi və Xalq yaradıcılığı emalatxanasında olacaqlar. Məktəblilər eləcə də  Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeylərinə, Şahbuz rayonunda “Farma-Şah” MMC, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanasına,  Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq Dövlət Bayrağı Muzeyinə,  “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə, Naxçıvan Dövlət Tarix Muzeyinə və s. ekskursiya edəcəklər.

 

Keçidlər