“ÖLKƏMIZI TANIYAQ” TURAKSIYASININ IKINCI MƏRHƏLƏSI BAŞLADI. NAXÇIVAN MƏKTƏBLILƏRI BAKI ŞƏHƏRINƏ GƏLIB.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın ikinci mərhələsində Naxçıvanlı şagirdlər Bakı şəhərinə gəlib. Bu münasibətlə Heydər Əliyev Hava Limanında məktəbliləri təntənəli qarşılanma mərasimi keçirilib.
Tur-aksiyda sınaq imtahanlarında 450-700 arasında bal toplayan 150 IX-XI sinif şagird və 20 bələdçi-müəllim iştirak edir. Dörd gün davam edəcək aksiya çərçivəsində şagirdlər Bakının tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanış olacaqlar. Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Azərbaycan Milli Tarix Muzeyi, İncəsənət Muzeyi, Xalça Muzeyi, “Atəşgah” məbədi və digər əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqlar.
Qarşılanma mərasimində məşur “Natiq” ritm qrupu və Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs qrupu da iştirak edib