RAYON İCRA HAKIMIYYƏTININ BAŞÇISI VƏTƏNDAŞLARI QƏBUL ETDI.
28.03.2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun növbəti qəbulu keçirilib.
Qəbulda vədəndaşlar tərəfindən sosial-məişət və kommunal məsələrlə bağlı, eləcə də iş, hündürmərtəbəli binaların həyətində sakinlərin asudə vaxtının təşkili ilə bağlı abadlıq işlərinin aparılması məsələləri ilə bağlı müraciətlər dinlənildi. Eləcə də vətəndaş tərəfindən tikilmiş fərdi yaşayış evinin sənədləşdirilməsi, yaşayış binalarının qarşısında ayrı-ayrı vətəndaşlar tərəfindən qeyri-qanuni zəbt edilmiş yaşıllıq zonalarının çəpərlərinin sökülməsi və ərazinin abadlaşdırılması, aztəminatlı ailəyə ünvanlı sosial yardımla əlaqədar və s. müraciətlər dinlənildi və tədbir görülməsi üçün müvafiq tapşırıqlar verildi. Cavanşir küçəsi 14 saylı qəzalı vəziyyətdə olan binanın sakinlərinə bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq sakinlərin mənzil-məişət şəraititnin yaxşılaşdırılması məqsədilə rayon ərazisində yerləşən bütün qəzalı binaların, eləcə də Cavanşir küçəsi 14 saylı binanın sökülüb yerində yeni müasir tipli binaların tikilməsi və sakinlərin yeni mənzillərlə təmin olunması ilə bağlı hazırlığ işləri gedir.
Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, rayon MKTB-nin, Xətai və Əhmədli bələdiyyəsinin, həmçinin rayon xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda 19 nəfərin müraciətinə baxıldı.