Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKIMIYYƏTI BAŞÇISININ RƏHBƏRLIYI ILƏ GENIŞ MÜŞAVIRƏ KEÇIRILMIŞDIR.

28 mart 2016 | 10:00

28 mart  2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun rəhbərliyi ilə   İcra Hakimiyyətində geniş müşavirə keçirilmişdir.
Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, rayon MKTB-nin,  xidmət sahələrinin  rəhbərlərinin, Xətai və Əhmədli bələdiyyələri sədrlərinin də iştirak etdiyi müşavirədə ilk öncə başçı rayon ərazisində görülən işlər barədə məlumat verərək bildirdi ki, artıq qarşıdan yaz-yay mövsümü gəlir. Ona görə də bütün rayon idarələri, xidmət sahələri öz öhdələrinə düşən vəzifələri layqincə yerinə yetirmək üçün səylərini daha da artırmalıdırlar. Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, rayon MKTB, MKİS-lə və digər təşkilatlar rayon ərazisində təmizliyi, qanunsuz tikililərlə mübarizəni, qanunsuz küçə ticarətinin qarşısının  alması tədbirlərini gücləndirməlidirlər.  Bu işlərdə rayon və qəsəbə bələdiyyələri də kənarda qalmamalıdır.
Məlumat verildi ki, rayonun qeyri-məşğul əhalisinin  işlə təmin olunması ilə əlaqədar da  tədbirlər həyata keçirilir, yeni iş yerləri açılır.  Belə ki,  bu məqsədlə 280 nəfər  yaz-yay mövsümündə yaşılığ zolaqlarına qulluq etmək üçün müvafiq işlərlə  təmin olunmuşdur.
Müşavirədə Razim Məmmədov bir daha vətəndaşların müraciətlərinə  həssaslıqla yanaşılmasını, problemlərin yerində və operativ həll edilməsinə diqqətlə etməyi tapşırıldı.

 

Keçidlər