Şriftin ölçüsü :

Saytın rəngi :

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI İLƏ ƏLAQƏDAR XƏTAİ RAYON İCRA HAKIMIYYƏTINDƏ TƏDBIR KEÇIRILIB

30 mart 2016 | 11:00

Tədbiri giriş sözü ilə açan Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirdi ki, 31  mart soyqırımı 1918-ci ilin 30 mart və 3  aprel  tarixləri arasında Bakı şəhərində və  Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlıdəstələri tərəfindənazərbaycanlılara qarşı törədilmişdir. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.
Lakin, bu qanlı faciəyə əsil hüquqi qiymət məhz Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalğımız  bu tarixi “31 mart Azərbaycanlıların soyqırımı günü”  kimi  qeyd edir.
Sonra tədbir müzakirələrlə davam etdirildi. Çıxış edənlər YAP Xətai rayon təşkilatının sədr müavini Yeğanə Qurbanova, Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Qafur Rəhmanov, YAP Xətai rayon təşkilatının qadınlar şurasının sədri Aygün Əhmədli, Gənclər təşkilatının sədri Sərxan Əliyevə başqaları bildirdilər ki, bütün bunlar ermənilər tərəfindən  azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, represiya və soyqırımı siyasətidir. Təəssüflər olsun ki, bu vəhşiliklər bu gün də davam edir. Məhz öz havadarlarının dəstəyi ilə Ermənistan Respublikası bu gün də Azərbaycanın 20 % torpaqlarını işğal altında saxlayır. “Böyük Ermənistan” yaratmaq xülyası ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasəti nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb, Azərbaycanın əzəli-tarixi torpaqları olan Dağlıq Qarabağ və digər ətraf rayonlar illərdir ki, erməni işğalından əziyyət çəkir. Təəssüf ki, dünya birliyi isə bunu görməzdən gəlir.

Keçidlər