Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYON İCRA HAKIMIYYƏTİNİN TƏŞKİLATÇILIĞI İLƏ “MULTİKULTURALİZM VƏ DİNİ DÖZÜMLÜLÜK AZƏRBAYCANDA DÖVLƏT SIYASƏTİDİR” MÖVZUSUNDA MAARIFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB.

31 mart 2016 | 11:00

Rayonun 58 nömrəli tam orta məktəbində baş tutan tədbir ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti barədə əhalinin bütün zümrələri, xüsusən yeniyetmə və gənclər arasında maarifləndirmə işinin yüksək səviyyədə təşkili məqsədilə təşkil olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdiri Kamran İsmayılovun, İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin məsul əməkdaşı Novruz Nuriyevin, Əhmədli məscidinin axundu Murad Cəfərovun, Mirtağı məscidinin axundu Səlim Kərimovun  və digərlərinin çıxışları dinlənildi.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin aradan qaldırılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlərin görüldüyünü, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm” ili elan olunmasını, Azərbaycanda yaşayan milli və dini azlıqlara bütün sahələrdə bərabər imkanların yaradılmasını və bunların dünyanın bir çox dövlətləri üçün nümunə ola biləcəyini vurğuladılar.

 

Keçidlər