Şriftin ölçüsü :

Saytın rəngi :

Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında VIII Azərbaycan çempioanatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir

31 mart 2016 | 11:00

29  mart 2016-cı il tarixdə Bakı Şəhər Gənclər  və İdman Baş İdarəsi tərəfindən Gəncliyə Yardım Fondunda “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında VIII Azərbaycan çempioanatının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.”Xəmsə” İntellektual Oyununda paytaxtın 11 rayonundan 12 komanda iştirak etmişdir.Yarışma komandalar arasında sağlam rəqabət şəraitində keçmiş,verilən suallar tarix,coğrafiya,kimya,fizika,məntiq,dünyagörüşünü əhatə etmişdir.Oyunda rayonumuzu Heydər Əliyev adına Ali Hərbi Məktəbin və 287 nömrəli “Zəkalar” Liseyinin komandaları təmsil etmişlər. Oyunun yekun nəticələrinə görə 287 nömrəli “Zəkalar” Liseyinin komandası ikinci yerə layiq görülmüşdür.
Zona mərhələsində mükafata layiq görülən hər bir komanda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Bakı şəhəri üzrə zona mərhələsində mükafata layiq görülmüş komandalar ”Xəmsə” İntellektual Oyunu üzrə birinci Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanmışlar.

 

Keçidlər