Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYON 17 NÖMRƏLİ TAM ORTA MƏKTƏBİN KOMANDASI POLİATLON ÇOXNÖVÇÜLÜYÜ ÜZRƏ BAKI ŞƏHƏR ÇEMPİONATININ QALİBİ OLMUŞDUR

07 aprel 2016 | 11:00

7 aprel 2016-cı il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən yaz çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
Çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və xüsusi fiziki hazırlıq səviyyələrini müəyyən etmək və yüksəltmək, gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə 17 - 19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m və 1000 m məsafələrə qaçış, turnikdə dartınma növlərindən ibarət olmuşdur. Yarışın yekun nəticələrinə əsasən komanda hesabında I yeri Xətai rayonu 17
nömrəli məktəbin komandası tutmuşdur.
Xətai rayon İcra Hakimiyyətinin kollektivi olaraq qalib komandamızı təbrik edir, gələcəkdə daha parlaq qələbələr arzulayırıq!

Keçidlər