Şriftin ölçüsü :

Saytın rəngi :

MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYABANDA DƏFN OLUNDU.

11 aprel 2016 | 11:00

Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması məqsədilə  Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı Milli Ordunun zabiti, Mİ-24 helikopterinin pilotu mayor Musazadə Təbriz Taryel oğlu döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuşur. Şəhidlik zirvəsinə ucalan  mayor Təbriz Musazadə 1981-ci ildə Gürcüstanın Dımanisi rayonunda anadan olmuşdur, orta məktəbi Xətai rayonunda 165 saylı orta məktəbdə bitirən şəhidimiz 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil almışdır. 
11 aprel 2016-cı il tarixində Xətai  Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseyinbala Mirələmov, Fuad Muradov, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin ailə üzvləri və yüzlərlə rayon ictimaiyyətinin iştirakı ilə şəhid mayor Musazadə Təbriz Taryel oğlunun cənazəsi şəhidin yaşadığı evin qarşısandan vidalaşmaq üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə yola salındı.
Şəhid mayor Musazadə Təbriz Taryel II Fəxri xiyabanda torpağa tapşırıldı. Şəhidin cənazəsinə bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin ailəsinə təqdim edildi.

Keçidlər