Şriftin ölçüsü :

Saytın rəngi :

QIZLARIMIZ QALİB OLDU

14 aprel 2016 | 11:00

Xətai rayon 138 nömrəli tam orta məktəbin qızlardan ibarət voleybol komandasi paytaxt məktəbliləri arasinda XXVIII spartakiadanin voleybol yarişinin qalibi olmuşdur.
13 aprel 2016-cı il tarixdə 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII Spartakiadanın proqramına daxil olan qızlar arasında “Voleybol” yarışının final oyunları keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 132 nəfər iştirak etmişdir.Yarışın nəticəsinə görə I yeri  rayonumuzu təmsil edən 138 nömrəli tam orta məktəbin komandası tutmuşdur.
Fəxri yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Keçidlər