Şriftin ölçüsü :

Saytın rəngi :

“ Mini-Futbol ” idman növü üzrə yarış keçirilmişdir

15 aprel 2016 | 11:00

Xətai rayon  İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 04-15 aprel 2016-cı il tarixlərdə Heydər Əliyev adına Liseyin və 171 №li tam orta məktəbin bazasında   rayon məktəblilərinin XXVIII Spartakiadasının proqramına daxil olan  “Mini-Futbol” idman növü üzrə yarış keçirilmişdir.
Yarışda rayonun 27 məktəb komandasının tərkibində 270 nəfər məktəbli iştirak etmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda  birinci  yeri 63 №li , ikinci  yeri 260 №li, üçüncü yeri 59 №li tam orta məktəblərin komandaları tutmuşlar.
          Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.   
       Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası bu ilin may ayında keçiriləcək Bakı şəhər məktəbliləri arasında “ Mini-Futbol ” idman növü üzrə  yarışa vəsiqə qazanmışdır.

Keçidlər