Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKIMIYYƏTİ BAŞÇISININ NÖVBƏTİ QƏBULU KEÇİRİLDİ

18 aprel 2016 | 11:00

Bu gün Xətai rayon İcra Hakkimiyyətində rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov vətəndaşları qəbul etdi. Qəbulda vədəndaşlar maraqlandıran əsas məsələlər sosial-məişət və kommunal məsələrlə, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə köçürülməsinə qərar verilmiş Cavanşir küçəsi, 60 və 120 saylı binaların sakinlərinin köçürülmə ilə bağlı problemlər, iş və digər məsələlərlə bağlı müraciətlər olmuşdur. Eləcə də bəzi sakinlər  tərəfindən yaşayış binalarının qarşısında qeyri-qanuni zəbt edilmiş yaşıllıq zonalarının çəpərlərinin sökülməsi və ərazinin abadlaşdırılması,  aztəminatlı ailəyə ünvanlı sosial yardımla əlaqədar və s. müraciətlər dinlənilmişdir. Qaldırılan bütün məsələlərlə bağlı  tədbir görülməsi üçün müvafiq tapşırıqlar verildi.
Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, rayon MKTB-nin, Xətai və Əhmədli bələdiyyəsinin, həmçinin rayon xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda 34 nəfərin müraciətinə baxıldı.

Keçidlər