RAYON İCRA HAKİMIYYƏTİNİN BAŞÇISI ŞƏHİD AILƏLƏRİ İLƏ GÖRÜŞDÜ
Bu gün Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov aprel ayının əvvəllərində qoşunların təmas xəttidə erməni ordusu tərəfindən törədilən təxribatın qarşısının alınması zamanı şəhid olmuş Milli orduynun zabir və əsgərlərinin yaxınları ilə görüşdü. İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mayor Musazadə Təbriz Taryel oğlunun, əsgər Orucov Muşfiq Arif oğlunun, əsgər Əzizzadə Xaliq Həsən oğlunun, əsgər Niftalılı Rəşad Şakir oğlunun valideyinləri və yaxınlarına rəhmət və səbr diləyən icra başçısı bildirdi ki, bu hadisələr zamanı Azərbaycan Ordusu bir daha öz gücünü, qüdrətini nümayiş etdirdi və sübut etdi ki, igid Azərbaycan əsgəri hər an torpaqlarını erməni işğalından azad etməyə hazırdır. Qüdrətli ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyir. Bu ordunun Təbriz, Muşfiq, Xaliq, Rəşad kimi minlərlə oğulları vardır. Şəhidlərimizin xatirəsi hər an qəlbimizdə yaşayacaq və Azərbaycan Ordusunun zəfər marşı Qarabağda çalınacaq, üçrəngli bayrağımız Xankəndində, Şuşada dalğalanacaq.
Sonra Razim Məmmədov ailələrinin problemləri ilə marqlandı. Təbriz Musazadənin atası Tariyel Musayevin və həyat yoldaşı Pərişan Musayevanın məsələsi, Rəşad Niftalılının valideyinlərinin mənzil məsələsi, qardaşının təhsilinin davam etdirilməsinə köməklik göstərilməsi, eləcə də təqaüddə olan atası Şakir Niftalıyevin iş məsələsi, Xalid Əzizzadənin atası Həsən Qasımovun və qardaşının iş məsələsi, ailənin ipoteka borcunun ödənilməsinə köməklik göstərilməsi məsələsi, Muşfiq Orucovun Sumqayıt Dövlət Universitetindən məzun olan bacısının işlə təmin olunması və digər problem və xahişləri dinlənildi. Tezliklə qaldırılan bu problemlərin həlli üçün müvafiq tədbirlər görüləcəyi bildirildi.
Şəhid ailələri bildirdilər ki, övladları şəhid olan gündən hər an dövlətin qayğısını üzərlərində hiss ediblər. Tez-tez Heydər Əliyev Fondundan ailələrin problemləri ilə maraqlanıblar. Ona görədə həm ölkə başçısı Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, eləcə də rayon İcra Hakimiyyətinin rəhbərliyinə, rayon ictimaiyyətinə göstərilən bu diqqət və qayğı üçün minnətdarlıqlarını bildirdilər.