Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda əhalinin tibbi müayinəsi davam edir

21 aprel 2016 | 11:00


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə  ölkə vətəndaşılarının pulsuz tibbi müayinədən keçirilməsi davam edir. Tibbi müayinə zamanı rayon sakinləri tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçirlər.
Əhalinin mütəşəkkil surətdə tibbi müyanidən keçməsi işin yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görülür. Xətai rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış komissiya aksiyyanın normal şəraitdə keçməsinə nəzarət edir. tərəfindən komissiya da yaradılıb. Yaradılan işçi qrupu əhalinin bu vacib kampaniyaya mütəşəkkil cəlb edilməsi üçün müvafiq təbliğat işləri aparır. Yaşı 18-dən yuxarı 208491  əhalidən 76488 nəfəri artıq tibbi müayinədən keçib.
Əsalı səbəblərdən müayinəyə gələ bilməyən vətandaşların yaşadıqları evlərə isə yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları göndərilib. Dövlət başçısının əhalinin sağlamlığının qorunması məqsədilə tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri tərəfindən də razılıqla qarşılanır.
Əhalinin tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam edəcək.

Keçidlər