Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyevanın 93 illik yubileyinə həsr olunan tədbir keçirildi

22 aprel 2016 | 11:00

 

Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 93 illiyi münasibətilə Xətai rayonunda silsilə tədbirlərlə qeyd olunur. Bu tədbirlər
çərçivəsində rayonun 171 saylı orta məktəbində “Mehriban ana, qayğıkeş insan, unudulmaz alim” mövzusunda dəyirmi masa keçirilib.
Xətai rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə
xalqımızın vətənpərvər övladı Zərifə Əliyevanın zəngin ömür yolundan, pedaqoji
fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən danışıldı.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirdi ki, ömrünün çox hissəsini Azərbaycan elminə həsr edən görkəmli alimin səhiyyə sahəsində,  xüsusilə də oftalmologiya elminin inkişafında misilsiz xidmətləri var. Zərifə Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib.  Alimin zəngin irsinin öyrənilməsi və  anadan olmasının 93 illiyi münasibətilə rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı da hazırlanıb. Rayonda fəaliyyət göstərən müəssisələrdə alimin həyat və fəaliyyəti ilə bağlı tədbirlər keçirilir.
Tədbirin sonunda şagirdlərin ifasında ədəbi-bədii kampazisiya nümayiş olundu.

Keçidlər