Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu “Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” münasibətilə uşaqları hədiyyələrlə sevindirir.

28 dekabr 2012 | 11:00

27 dekabr 2012-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evində olmuşdur. Uşaq evinin sakinləri Leyla xanım Əliyevanı hərarətlə qarşıladılar.
Uşaq evinin direktoru Məhbubə Hüseynova ulu öndər Heydər Əliyevin adını daşıyan, onun ideyalarını və xeyirxah əməllərini yaşadan Fondun uşaqlara göstərdiyi qayğıdan danışdı. Bildirildi ki, 85 uşağın yaşadığı bu müəssisəyə hər cür diqqət və qayğı göstərilir. Fondun təşəbbüsü ilə uşaq evi üçün Buzovna qəsəbəsində yay-sağlamlıq istirahət düşərgəsi tikilərək istifadəyə verilmişdir.
Sonra Leyla xanım Əliyeva uşaqların hazırladığı yeni il proqramına tamaşa etdi. Bayram əhval-ruhiyyəsində olan balacalar yolka ətrafında dövrə vuraraq bir-birindən maraqlı mahnılar, şux rəqslər təqdim etdilər.
Heydər Əliyev Fondunun bayram hədiyyələri isə uşaqların sevincini daha da artırdı.
Leyla xanım Əliyeva uşaqların vəziyyəti ilə maraqlandı. Qeyd olundu ki, burada uşaqların yaşayışı, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır.
Uşaqları Yeni il münasibətilə təbrik edən Leyla xanım Əliyeva onlarla xatirə şəkli çəkdirdi.
 

Keçidlər