Xətai rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirildi
Çernobıl qəzasının 30-cu ildönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə ənənəvi görüş keçirilib.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, 20-ci əsrin ən dəhşətli faciələrindən olan bu fəlakətin miqyasının qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında 7 mindən artıq soydaşımız sağlamlığını təhlükə altında qoyaraq böyük fədakarlıq göstərib. Qeyd olundu ki, Çernobıl əlillərinə göstərilən diqqət və qayğı məhz ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlayıb. Bu gün bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Çernobıl əlilləri müharibə əlillərinə bərabər tutulur. Hazırda onlar yüksək pensiya müavinati, Prezident təqaütü alırlar.
Çıxışlarda qeyd olundu ki, bu gün rayon ərasizində 185 Çernobıl əlili
var. Onların sosial müdafiəsinin gücləndirilməsi, tibbi, sosial və mənzil-məişət
problemlərinin həlli istiqəmətində mühüm tədbirlər həyata keçirilir. Rayon ərazisində yaşayan bir qrup əlillə mənzil, 2014-cü il yanvarın 1-nə qədər növbədə olanların bir çoxu isə maşınla təmin olunublar.
Çernobılçılar isə onlara göstərilə diqqətə görə dövlət başçısına minnətdarlıq etdilər.Sonra fəaliyyətində göstərdiyi uğurlara görə bir qrup çernobılçıya Fəxri Fərmanlar təqdim edildi.