7 saylı poliklinikada akademik Zərifə Əliyevanın anadan olmasının 93 illiyi münasibətilə tədbir keçirilib
Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 93 illiyi münasibətilə Xətai rayonu 7 saylı poliklinikada keçirilən tədbirdə çıxış edən Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva xalqımızın vətənpərvər övladı Zərifə Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən danışdı.
Ömrünün çox hissəsinin Azərbaycan elminə həsr edən görkəmli alimin səhiyyə sahəsində xüsusilə də oftalmologiya elminin inkişafında misilsiz xidmətləri var. Zərifə Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib. Alimin zəngin irsinin öyrənilməsi və anadan olmasının 93 illiyi münasibətilə rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı da hazırlanıb. Rayonda fəaliyyət göstərən müəssisələrdə alimin həyat və fəaliyyəti ilə bağlı tədbirlər keçirilir.